IMG-LOGO

Biləsuvarda şəhid anası oğlu ilə eyni gündə vəfat etdi

02 Aug 2026 09:50 5 baxış
IMG
1 0

Biləsuvarda Biləsuvarda şəhid anası oğlu ilə eyni gündə vəfat edib.

Lent.az-ın xəbərinə görə, Biləsuvar rayonu, Nərimankənd kəndindən şəhid gizir şəhid Pərvin Əliyevin anası Rəfiqə Əliyeva oğlunun şəhid olduğu gündə vəfat edib.  Şəhid anası sakini olduğu kənddə pedoqoji fəaliyyət göstərən təqaüdçü müəllimə idi. Qeyd edək, Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsində xidmət edən şəhid Pərvin Əliyev, 2014-cü il 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn olunub. Şəhid Pərvin Əliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

İlkin Rzayev 

Biləsuvar şəhid anası

Mənbə: lent.az

Xəbər lenti