IMG-LOGO

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir-FOTO

02 Aug 2026 10:48 3 baxış
IMG
2 0

Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

Lent.az APA-ya istinadən  xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak edirlər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasiminə əklil göndərib.

Qeyd edək ki, Xalq şairi I Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Xalq şairi Nəriman Həsənzadə Nəriman Həsənzadə vida mərasimi

Mənbə: lent.az

Xəbər lenti