Ermənistanda parlament seçkiləri ilə əlaqədar yeni formalaşacaq hökumətin baş naziri postuna namizəd irəli sürülüb.
Lent.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan müvafiq fərmanı ilə Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edilib.
Fərman Ermənistan Prezidentinin rəsmi saytında dərc olunub.
***
saat 11.23
Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib, Nazirlər Kabineti də səlahiyyətlərini dayandırıb.
Lent.az xəbər verir ki, bu barədə Nikol Paşinyan sosial şəbəkə hesabında məlumat verib
Bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun həyata keçirilən formal prosedurdur. Ölkə Konstitusiyasının 158-ci maddəsinə əsasən, hökumət parlamentin ilk iclas günü istefa verir.
Yeni hökumət formalaşdırılanadək nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər. Növbəti Baş nazir hakim fraksiyanın təqdimatı əsasında prezident tərəfindən təyin olunacaq.
Nikol Paşinyan Ermənistan Baş naziriMənbə: lent.az