IMG-LOGO

"OPEC+ yeddiliyi" sentyabrda neft hasilatını sutkada 188 min barel artıracaq

02 Aug 2026 15:55 3 baxış
IMG

Neft hasilatını könüllü şəkildə məhdudlaşdıran OPEC+ ölkələrinin yeddi aparıcı üzvü sentyabr ayında gündəlik neft hasilatını avqust səviyyəsi ilə müqayisədə 188 min barel artırmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.

Beləliklə, 2026-cı ilin sentyabr ayında Rusiya üçün neft hasilatı kvotası gündəlik 62 min barel artırılaraq 9,949 milyon barelə, Səudiyyə Ərəbistanı üçün 62 min barel artırılaraq 10,478 milyon barelə, İraq üçün 26 min barel artırılaraq 4,431 milyon barelə, Küveyt üçün 16 min barel artırılaraq 2,676 milyon barelə, Qazaxıstan üçün 10 min barel artırılaraq 1,628 milyon barelə, Əlcəzair üçün 6 min barel artırılaraq 1,007 milyon barelə, Oman üçün isə 5 min barel artırılaraq 841 min barelə çatdırılacaq.

"OPEC+ yeddiliyi" bazardakı vəziyyəti qiymətləndirmək üçün aylıq görüşlərini davam etdirəcək. Növbəti iclas sentyabrın 6-na təyin olunub.

Mənbə: report.az

Xəbər lenti