IMG-LOGO

İndoneziyada bərədə yanğın-5 nəfər öldü, 40-dan çox itkin düşən var-VİDEO

02 Aug 2026 15:55 5 baxış
IMG
1 0

İndoneziyanın Madura adası sahillərində bərədə baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb, 40-dan çox şəxs isə hələ də itkin düşmüş hesab edilir.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bərənin göyərtəsində sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla 271 nəfər olub. Onlardan 225 nəfəri xilas etmək mümkün olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Yanğının baş vermə səbəbi iələlik məlum deyil.

İndoneziyada bərədə yanğın

İndoneziya bərə yanğın

Mənbə: lent.az

Xəbər lenti