İngiltərənin "Arsenal" və "Liverpul" klubları "Aston Villa"nın müdafiəçisi Ezri Konsanın transferində maraqlıdır.
"Report" "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı ingiltərəli futbolçu karyerasını "topçular"da davam etdirmək istəyir.
Lakin "Aston Villa"nın transfer üçün tələb etdiyi təxminən 70 milyon avro London kollektivi üçün həddindən artıq yüksək məbləğ hesab olunur.
Ezri Konsa 2019-cu ilin iyulundan "Aston Villa"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək qüvvədədir.
Müdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 48 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı İngiltərə millisinin üzvünün transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Mənbə: report.az