IMG-LOGO

Xocavənddə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb

02 Aug 2026 18:29 4 baxış
IMG

Xocavənd rayonunda minaya düşən şəxsin son vəziyyəti məlum olub.

"Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki,

1985-ci il təvəllüdlü şəxs (kişi) 02.08.2026-cı il tarixində saat 09:40 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı üçdəbir hissəsinin qəlpə yarası diaqnozları təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Qeyd edək ki, bu gün , humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı - 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Mənbə: report.az

Xəbər lenti