IMG-LOGO

Britaniyada sağçı partiyalara leyboristlərə qarşı birləşmə çağırışı edilib

02 Aug 2026 19:52 4 baxış
IMG

Britaniyanın sağçı "Britaniyanı Bərpa Edin" Partiyasının lideri Rupert Lou sağçı-populist "İslahat" Partiyasının rəhbəri Naycel Faraca Leyboristlər Partiyasının hakimiyyətinə son qoymaq üçün səyləri birləşdirməyi təklif edib.

"Report" xəbər verir ki, Lou müvafiq müraciəti "X" sosial şəbəkəsində yayımlayıb.

"Bu gün mən Naycel Faraca və "İslahat"a açıq təklif edirəm. Ümid edirəm ki, irəliyə doğru ümumi yol tapıb işləyib hazırlaya biləcəyik", - siyasətçi bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyanın vətənpərvər sağçı qüvvələri pərakəndə olaraq qalır və hakim Leyboristlər Partiyası da bundan istifadə edir.

Lou qeyd edib ki, iki siyasi qüvvə arasında əməkdaşlıq o şərtlə mümkündür ki, "İslahat" "Britaniyanı Bərpa Edin" Partiyasının milyonlarla immiqrantın ölkədən çıxarılmasını, pərəncə geyinilməsinin qadağan edilməsini və ölüm cəzasının bərpasını nəzərdə tutan təşəbbüslərini dəstəkləsin. O həmçinin vurğulayıb ki, Böyük Mançester qraflığında mer seçkilərinin nəticələri sağçı qüvvələrin birləşməsi zərurətini nümayiş etdirib.

Mənbə: report.az

Xəbər lenti