IMG-LOGO

İspaniyanın Seuta şəhərindəki miqrantlar üçün mərkəz həddindən artıq dolub

02 Aug 2026 21:45 4 baxış
IMG

Mindən çox miqrant Afrikanın şimal sahilində yerləşən İspaniyanın Seuta muxtar şəhərindəki müvəqqəti saxlanma mərkəzinin yaxınlığında içəri daxil olmaq imkanını gözləyir.

"Report"un EFE agentliyinə istinadən məlumatına görə, mərkəz həddindən artıq dolub, yüzlərlə miqrant isə yerlərin boşalmasını gözləyərək yaxınlıqdakı dağlıq ərazidə düşərgə salıb.

Agentliyin məlumatına görə, miqrantların əksəriyyəti Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrindən gələnlərdir. Mərkəzin yerləşdiyi ərazi gücləndirilmiş mühafizə altındadır, yaxınlıqdakı çimərlik isə tamamilə miqrantlar tərəfindən tutulub.

Daha əvvəl bir qrup zorla mərkəzin ərazisinə daxil olmağa cəhd etsə də, bu, uğursuzluqla nəticələnib.

Qeyd edək ki, iyulun 31-də Mərakeşdən on minlərlə qeyri-qanuni miqrant İspaniyanın Seuta şəhərinə soxulub və buna görə də hakimiyyət orqanları şəhərə ordu yeridib. Bəziləri ölkəyə üzərək çatmağa cəhd edib və boğulub. Seutaya girməyə cəhd edərkən azı 72 nəfər həlak olub.

Mənbə: report.az

Xəbər lenti