IMG-LOGO

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub

02 Aug 2026 21:05 4 baxış
IMG

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Rakuv"un heyətində Polşa çempionatında ilk qolunu vurub.

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu II turda "Şlyonsk" komandasına qarşı səfər oyununda fərqlənib.

Start heyətində meydana çıxan forvard 60-cı dəqiqədə hesabı açıb.

Qeyd edək ki, bu, Mahir Emrelinin "Rakuv"un heyətində ikinci qolu olub. O, daha əvvəl UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da rəqib qapısına yol tapmışdı.

Mənbə: report.az

Xəbər lenti