02.08.2026-cı il tarixində saat 17:10 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisindən suda boğulma hadisəsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub. 2 nəfər (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
20:51
Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar; 2001-ci il təvəllüdlü Fətəliyev Məhəbbət Şövkət oğlu, 2000-ci il təvəllüdlü Mustafayev Sahil Bəhruz oğlu, 2001-ci il təvəllüdlü Cəlalov Elbrus Zümrüd oğlu xilas edilib.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
***
20:25
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
dəniz FHNMənbə: lent.az