IMG-LOGO

Messi dünya çempionatından sonra meydana qayıtdı

03 Aug 2026 01:30 2 baxış
IMG
0 0

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatından sonra ilk dəfə rəsmi oyunda meydana çıxıb.

Lent.az xəbər verir ki, "İnter Mayami"nin ulduz futbolçusu MLS-də "Kolumbus Kryu" ilə keçirilən qarşılaşmada ikinci hissədə oyuna daxil olub. Gərgin keçən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Messinin meydana qayıdışı azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Onun komandası bu nəticə ilə MLS-də məğlubiyyətsiz oyunlar seriyasını davam etdirsə də, altı oyunluq qələbə seriyası başa çatıb.

 

Messi

Mənbə: lent.az

Xəbər lenti