IMG-LOGO

Tanzaniyada iki avtobus toqquşub, səkkiz nəfər həlak olub

03 Aug 2026 02:19 2 baxış
IMG

Tanzaniyada iki sərnişin avtobusunun toqquşması nəticəsində səkkiz nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

"Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Dodoma regionunun Bahi dairəsində baş verib.

Dodomanın regional komissarı Rozmari Senyamulenin sözlərinə görə, yeddi nəfər hadisə yerində həlak olub, bir nəfər isə sonradan xəstəxanasında vəfat edib.

İlkin məlumatlara görə, qəza avtobuslardan birinin sürücüsü manevrin təhlükəsizliyinə əmin olmadan digər nəqliyyat vasitəsini ötməyə cəhd etdikdən sonra baş verib.

Qeyd olunub ki, xəsarət alanlardan bir neçə nəfərin vəziyyəti kritikdir.

Mənbə: report.az

Xəbər lenti