IMG-LOGO

Rəşad Nəbiyev Zəngilanda vətəndaşları qəbul edəcək

03 Aug 2026 10:50 5 baxış
IMG

Avqustun 6-da, saat 10:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının sakinlərini qəbul edəcək.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula avqustun 5-nə qədər nazirliyin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Mənbə: report.az

Xəbər lenti