IMG-LOGO

UEFA Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşəcək

03 Aug 2026 10:05 4 baxış
IMG

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın potensial rəqibi müəyyənləşəcək.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv ilk təsnifat mərhələsində Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

Komanda III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti