İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində avqustun 3-də mina partlayıb.
Azərbaycanın Minatəmizləmə Agentliyindən (ANAMA) Lent.az-a verilən məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 32 yaşlı Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə zamanı digər əməkdaş 28 yaşlı Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
HadisələrMənbə: lent.az