IMG-LOGO

Tarixin "ən pis mahnısı" adlandırıldı - səbəb nədir?

03 Aug 2026 11:02 4 baxış
IMG
2 0

Bir vaxtlar dünya hitinə çevrilən mahnı illər keçdikcə rok musiqi tənqidçilərinin ən çox tənqid etdiyi əsərlərdən birinə çevrilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 1985-ci ilin avqustunda ABŞ-ın Starship qrupu tərəfindən təqdim olunan "We Built This City" mahnısı rok musiqisi tarixinin ən mübahisəli hitlərindən biri hesab olunur. "Knee Deep in the Hoopla" albomunun əsas mahnısı iki həftə ardıcıl Billboard Hot 100 siyahısında birinci yerdə qərarlaşıb, həmçinin Kanada və Avstraliyanın hit-paradlarına liderlik edib. 1986-cı ildə isə "Qremmi" mükafatına namizəd göstərilib.

Mahnı ilk yayımlandığı dövrdə nüfuzlu musiqi jurnalları tərəfindən yüksək qiymətləndirilib. Tənqidçilər onu yadda qalan melodiyası və güclü rok himni olması ilə fərqləndiriblər. Lakin illər keçdikcə həm ekspertlərin, həm də dinləyicilərin mahnıya münasibəti tamamilə dəyişib.

2004-cü ildə Blender jurnalı "Bütün zamanların ən pis 50 mahnısı" siyahısını dərc edib və "We Built This City" reytinqdə ilk sırada qərarlaşıb. Jurnalın redaktorları bildiriblər ki, mahnı özünü anti-kommersiya ruhunda təqdim etsə də, əslində 1980-ci illərin korporativ kommersiya musiqisinin simvoluna çevrilib və həmin dövrdə rok musiqisinin tənəzzülünü əks etdirib.

2011-ci ildə Rolling Stone jurnalının oxucuları səsvermə nəticəsində bu mahnını 1980-ci illərin ən pis mahnısı seçiblər.

2016-cı ildə isə GQ jurnalı mahnını rəsmi olaraq "bütün zamanların ən pis mahnısı" adlandırıb və onun haqqında geniş tənqidi məqalə dərc edib.

Bütün bu sərt tənqidlərə baxmayaraq, "We Built This City" musiqi tarixində özünəməxsus yerini qoruyub saxlayır. Buraxılışından təxminən 40 il keçməsinə baxmayaraq, mahnı bu gün də radiolarda səslənir, reklam kampaniyalarında istifadə olunur və 1980-ci illərin ən tanınan rok hitlərindən biri kimi xatırlanır.

mahnı rok

Mənbə: lent.az

Xəbər lenti