IMG-LOGO

Azərbaycan ADB ilə istilik sektorunda "yaşıl enerji"nin inteqrasiyasını müzakirə edib

03 Aug 2026 11:51 4 baxış
IMG

"Azəristiliktəchizat" ASC və Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə Azərbaycanda istilik sektorunda bərpa olunan enerji mənbələrinin inteqrasiyası müzakirə olunub.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu barədə müzakirələr "Azəristiliktəchizat"da ADB tərəfindən dəstəklənən "Azərbaycanda istilik sektorunun dekarbonizasiyası və bərpa olunan istilik mənbələrinin inteqrasiyası" üzrə Texniki Yardım layihəsi çərçivəsində layihənin məsləhətçi heyəti ilə növbəti görüş keçirilib.

Bankın nümayəndəsi səhmdar cəmiyyətin strateji və xətti rəhbərləri ilə aparılan görüşlər barədə məlumat veriblər.

Bildirilib ki, görüşlərin əsas məqsədi səhmdar cəmiyyətin mövcud biznes proseslərinin diaqnostikasını aparmaq, idarəetmə və təşkilatlanma sahəsində optimallaşdırma imkanlarını müəyyən etmək və cəmiyyətin korporativ inkişafı strategiyasının hazırlanması üçün müvafiq məlumat bazasını təmin etmək olub.

Mənbə: report.az

Xəbər lenti