IMG-LOGO

Türkiyə ərazisi ilə yarım ildə 97 milyon barelə yaxın BTC nefti nəql olunub

03 Aug 2026 12:20 7 baxış
IMG

Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 96,934 milyon barel neft nəql edilib.

Bu barədə "Report" Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin ilk yarım ili ilə müqayisədə 8,874 milyon barel və ya 8,4 % azdır.

Təkcə iyun ayında isə bu kəmər vasitəsilə 16,398 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 899 min barel və ya 5,2 % azdır.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Mənbə: report.az

Xəbər lenti