IMG-LOGO

"İnter Mayami" Kevin De Brüyneni transfer etmək istəyir

03 Aug 2026 12:18 7 baxış
IMG

ABŞ-nin "İnter Mayami" klubu İtaliya təmsilçisi "Napoli"nin yarımmüdafiəçisi Kevin De Brüyneni heyətinə qatmaq istəyir.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Şimali Amerika təmsilçisi 35 yaşlı futbolçunu Lionel Messi, Luis Suares və Rodriqo De Paul ilə eyni komandada oynatmaq niyyətindədir.

2025-ci ilin yayında "İnter Mayami" və "San-Dieqo" klublarının təcrübəli oyunçuya maraq göstərdiyi bildirilsə də, yarımmüdafiəçi həmin vaxt karyerasını Avropada davam etdirməyə qərar vermişdi. Hazırda belçikalı futbolçunun MLS-ə keçidi yenidən aktualdır. "İnter Mayami" ilə yanaşı, "Çikaqo Fayr" və "San-Dieqi" da onu heyətlərində görmək istəyir.

Qeyd edək ki, Kevin De Brüyne 2025/2026 mövsümündə bütün turnirlərdə 21 matçda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Mənbə: report.az

Xəbər lenti