Yunanıstanın Qavdos adasında həyata keçirilən əməliyyat zamanı 48 qanunsuz miqrant xilas edilib.
"Report" xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
"2 nəfər "FRONTEX" gəmisi, 7 nəfər oradan keçən gəmi, daha 39 nəfər isə sahil mühafizə kateri vasitəsilə xilas edilib", - sahil mühafizəsindən bildirilib.
Ərazidə olan Sahil Mühafizəsinin bir gəmisi və bir xilasetmə kateri itkin düşənlərin axtarışını davam etdirir.
Mənbə: report.az