IMG-LOGO

“Sabah”ın Çempionlar liqasındakı potensial rəqibi bilindi

03 Aug 2026 14:25 7 baxış
IMG
0 0

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Sabah”ın potensial rəqibi müəyyənləşib.

Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə III təsnifat mərhələsinin qalibləri və məğlublarının mümkün cütləri formalaşıb.

“Bayquşlar” pley-off mərhələsinə yüksələcəyi təqdirdə, “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin “The New Saints” (2:0, 2:1), II təsnifat mərhələsində isə Finlandiyanın “KuPS” (1:0, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb.

Azərbaycan çempionu III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə avqustun 25-26-da keçiriləcək.

U

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti