Yay aylarında həm yüngül, həm də təravətləndirici yeməklərə ehtiyac artır. Qarpız, xiyar, pomidor və feta pendirinin bir araya gəldiyi bu salat son vaxtlar sosial şəbəkələrdə ən çox hazırlanan reseptlərdən biridir. Şirin və duzlu dadın ahəngini yaradan bu yemək isti günlər üçün əla seçimdir.
Lent.az bu salat reseptini təqdim edir:
Lazım olan ərzaqlar
20 ədəd üzüm
1/4 ədəd qarpız
1 ədəd xiyar
1 ədəd pomidor
1 ədəd qırmızı soğan
150 qram feta pendiri
Təzə nanə yarpaqları
Zeytun yağı
Duz
Təzə üyüdülmüş qara istiot
Hazırlanması
Əvvəlcə bütün meyvə və tərəvəzləri yaxşıca yuyun. Qarpızın tumlarını çıxarın və iri kub şəklində doğrayın. Xiyarı, pomidoru və qırmızı soğanı doğrayın. Üzümləri bütöv saxlaya və ya ikiyə bölə bilərsiniz.
Bütün ərzaqları böyük qaba əlavə edin. Üzərinə kub şəklində doğranmış feta pendirini və təzə nanə yarpaqlarını tökün. Süfrəyə verməzdən əvvəl salatın üzərinə zeytun yağı gəzdirin, duz və qara istiot əlavə edin.
Pendirin formasını itirməməsi üçün salatı yavaşca qarışdırın. Bu salat həm əsas yeməyin yanında, həm də təkbaşına yüngül nahar və ya şam yeməyi kimi təqdim oluna bilər.
Nuş olsun!
Mətbəx salat qarpız salatı xiyarMənbə: lent.az