IMG-LOGO

"Turan" Cənubi Koreya millisinin voleybolçusu Li Cayeonqu heyətinə qatıb

03 Aug 2026 15:00 6 baxış
IMG

"Turan" voleybol klubu Cənubi Koreya milli komandasının hücumçusu Li Cayeonqu transfer edib.

Bu barədə "Report"a Tovuz təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında "Turan"ın uğurları üçün çalışacaq voleybolçu ilə müqavilənin müddəti 2026/2027 mövsümünü əhatə edəcək.

O, karyerası ərzində ölkəsində "Heunqkuk Pink Spiders" (2014-2021) və Yaponiyanın "Victorina Himeji" (2025/2026) klublarında çıxış edib.

Qeyd edək ki, voleybolçu 2015-2019-cu illərdə ardıcıl 4 mövsüm Koreya V Liqasında ən çox xal toplayan və ən məhsuldar hücumçu olub.

Mənbə: report.az

Xəbər lenti