Rusiya qoşunları Ukraynanın Odessa vilayətinin nəqliyyat infrastrukturuna zərbə endirib, nəticədə altı nəfər xəsarət alıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində nəqliyyat infrastrukturu obyektlərindən birinin ərazisində yanğın baş verib.
"İlkin məlumatlara görə, altı nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib", - Kiper bildirib.
O qeyd edib ki, xəsarət alanlara zəruri tibbi yardım göstərilir.
Hadisə yerində zərbənin fəsadlarının aradan qaldırılması üzrə işlər davam etdirilir.
Mənbə: report.az