IMG-LOGO

Xırdalanda ər və arvad bir-birini bıçaqlayıb, ikisi də ölüb

03 Aug 2026 15:59 5 baxış
IMG

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib.

"Report"un yerli bürosu xəbər verir ki, ər və arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb.

Nəticədə kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti