Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarının Rusiyanın Krasnodar diyarının Gelencik şəhəri yaxınlığındakı Arxipo-Osipovka kəndinə düşməsi nəticəsində biri uşaq olmaqla dörd nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.
"Xəsarət alan 10 nəfərdən ikisi uşaqdır. İki böyük və bir uşaq xəstəxanaya yerləşdirilib. Digər zərərçəkənlərə yerində yardım göstərilir", - məlumatda qeyd olunub.
Mənbə: report.az