Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətindəki yanacaqdoldurma məntəqəsinə (YDM) "Shahed" tipli reaktiv pilotsuz uçuş aparatı ilə zərbə endirib, üç nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Krivoy Roqun Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, zərbə Krivoy Roqun yaxınlığında yerləşən Şirokovo icmasındakı YDM-ə endirilib.
Hücum nəticəsində üç nəfər ölüb.
Hadisə yerində qəza-xilasetmə əməliyyatı davam edir, zərbənin nəticələri barədə məlumat dəqiqləşdirilir.
Mənbə: report.az