Almaniyanın "Borussiya" (Dortmund) klubu Yunanıstan millisinin yarımmüdafiəçisi Konstantinos Karetsasın transferini rəsmiləşdirib.
"Report" Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Belçikanın "Genk" klubundan transfer edilən 18 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.
"Transfermarkt" portalının məlumatına görə, Almaniya təmsilçisi bu keçid üçün 30 milyon avro ödəyib.
Qeyd edək ki, K.Karetsas ötən mövsüm "Genk"in heyətində keçirdiyi 49 matçda 3 qol vurub və 18 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi Yunanıstan millisinin heyətində də 3 dəfə fərqlənib.
Mənbə: report.az