IMG-LOGO

"Elektron kredit və zəmanət" sisteminin Əsasnaməsi" dəyişib

03 Aug 2026 16:32 6 baxış
IMG

Nazirlər Kabineti "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi"ndə dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, informasiya sistemi ölkə Prezidentinin 9 yanvar 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası"na əsasən "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin Nizamnaməsinə uyğun olaraq sahibkarlıq subyektlərinə müvəkkil təşkilatlar vasitəsilə təqdim olunan dəstək mexanizmlərinin həyata keçirilməsi ilə bağlı prosedurların elektron qaydada icra olunmasını təmin edən sistemdir.

Mənbə: report.az

Xəbər lenti