IMG-LOGO

Daha iki marşrutun avtobusları yenilənir

03 Aug 2026 16:33 5 baxış
IMG
3 0

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 51 saylı və Zabrat qəsəbəsi ilə əlaqələndirən 118A saylı marşrutlarda istismar olunan avtobuslar yenilənir.

AYNA-dan Lent.az-a bildirilib ki, avqustun 4-dən bu marşrutlar üzrə müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “King Long” markalı avtobuslar sərnişinlərə xidmət göstərəcək.

Hər iki marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 60 qəpik müəyyən edilib.

avtobus

Mənbə: lent.az

Xəbər lenti