IMG-LOGO

"Neftçi" basketbol komandası Konstantinos Vasiliadisi baş məşqçi vəzifəsinə təyin edib

03 Aug 2026 17:54 5 baxış
IMG

"Neftçi" basketbol komandası yunanıstanlı mütəxəssis Konstantinos Vasiliadis ilə müqavilə imzalayıb.

Komandanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sözləşmə müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Bununla belə, mövsümün sonunda müqavilə müddətinin uzadılması məsələsi dəyərləndirilə bilər.

Qeyd edək ki, 42 yaşlı mütəxəssis basketbolçu kimi ölkəsində "Olimpiakos", PAOK, İspaniyada "Unikaxa Malaqa", "Bilbao Basket", Türkiyədə isə "Anadolu Efes" klublarında çıxış edib.

Mənbə: report.az

Xəbər lenti