IMG-LOGO

Madyar: Anomal istilər səbəbindən Macarıstanın zərəri 137 milyon avro təşkil edə bilər

03 Aug 2026 17:52 5 baxış
IMG

"Pakş" Atom Elektrik Stansiyasının (AES) demək olar ki, tamamilə dayandırılmasına gətirib çıxaran ekstremal istilər səbəbindən Macarıstanın zərəri 137 milyon avroya çata bilər.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar parlament fraksiyalarının rəhbərləri ilə müşavirənin yekunlarına dair mətbuat konfransında bildirib.

"Bu vəziyyətin dövlət büdcəsinə təxminən nə qədər başa gələ biləcəyinə dair ilkin qiymətləndirmə 50 milyard (137 milyon avro) forintdir. Faktiki xərclərin daha aşağı olacağına ümid edirik", - o vurğulayıb.

P.Madyarın sözlərinə görə, hələ ki, dəqiq qiymətləndirmə etmək mümkün deyil, çünki "Pakş" AES-in nə vaxt tamamilə dayandırılacağı məlum deyil.

Qeyd edək ki, Macarıstan müntəzəm olaraq digər ölkələrdən, ilk növbədə Slovakiyadan və bəzən tranzit ölkə olan Ukraynadan elektrik enerjisi idxal edir.

Mənbə: report.az

Xəbər lenti