IMG-LOGO

Qışda İstanbul, yayda Ankara paytaxt olsun: Türkiyə parlamentinə qeyri-adi təklif

03 Aug 2026 18:08 5 baxış
IMG
0 0

Türkiyə sakinləri daha mülayim iqlimə görə İstanbulu ölkənin qış paytaxtı etmək, bazar günləri ticarət mərkəzlərini bağlamaq və dövlət qulluqçularını dörd günlük iş həftəsinə keçirmək təklifi ilə çıxış ediblər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu və digər təkliflər son bir ay ərzində Türkiyə parlamentinə təqdim edilib.

Ən qeyri-adi təkliflər arasında İstanbulun qış paytaxtı elan edilməsi, Ankaranın isə yay paytaxtı olması fikri də var. Vətəndaşlar həmçinin özəl detektivlərin fəaliyyətini qadağan etmək, bazar günləri ticarət mərkəzlərini bağlamaq və dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi tətbiq etmək təklifi ilə çıxış ediblər.

Məlumata görə, Türkiyə parlamentinin petisiya komissiyası iyul ayında 1600-dən çox ərizə alıb. Bunların yalnız 207-ni qadınlar təqdim edib.

Ankara İstanbul Türkiyə paytaxt təklif parlament

Mənbə: lent.az

Xəbər lenti