IMG-LOGO

Kürşad Zorlu: Türk dünyasının liderləri TDT-nin sammiti və COP31-də iştirak edəcəklər

03 Aug 2026 18:39 4 baxış
IMG

Türk Dövlətləri Təşkilatının (TDT) sammiti və COP31 çərçivəsində keçiriləcək tədbirlərdə Türk dünyası dövlət başçılarının iştirakı nəzərdə tutulur.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK) sədr müavini Kürşad Zorlu "Report"un Türkiyə bürosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, Türk dünyasını maraqlandıran çoxsaylı yeni qərarlar və mühüm təşəbbüslər sammit çərçivəsində birgə qəbul ediləcək və həyata keçiriləcək.

"Sammitin Türkiyə Cümhuriyyətinin 29 Oktyabr – Respublika Günü ilə eyni vaxta təsadüf etməsi də türk milləti üçün bu tədbirə xüsusi tarixi və mənəvi əhəmiyyət qazandırır", – deyə K.Zorlu bildirib.

Partiya rəsmisi qeyd edib ki, hazırkı planlaşdırmaya əsasən, sammitdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçıları iştirak edəcəklər.

"Ondan dərhal sonra – noyabrın 9-da COP31 Zirvə Toplantısı keçiriləcək. Həmin tədbirdə də dünyanın müxtəlif ölkələrindən çoxsaylı dövlət və hökumət başçılarının iştirakı gözlənilir. Hər iki zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı nəzərdə tutulur", – o vurğulayıb.

Qeyd edək ki, bu gün Ankara İnkişaf Agentliyində Ankaranın 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı elan olunması münasibətilə həyata keçiriləcək tədbirlər üzrə Texniki Dəstək Proqramı çərçivəsində layihələrin dəstəklənməsinə dair protokolların imzalanması mərasimi keçirilib.

Mənbə: report.az

Xəbər lenti