IMG-LOGO

Mərdəkan çimərliyindəki qətlin gizli qalan anları məhkəmədə üzə çıxdı

03 Aug 2026 18:36 6 baxış
IMG
2 0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər - Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid Ə.Ə. hadisə baş verən obyektdə işlədiyini bildirib:

"Həmin vaxt mən obyektin içində idim. Oraya rəhmətlik Adilin köməyi ilə işə düzəlmişdim. Samir və Rövşən iki qızla məkana gəlmişdilər. Necə oldu, bilmədim, Natiq, Samir, Rövşən arasında mübahisə yarandı.

Mübahisə obyektin girişində baş verdi. Əvvəl sakit söhbət edirdilər, sonra mübahisə oldu. Qızlar getdilər, Samir və Rövşən  içəridə qaldı. İkisi sonra Natiqə yaxınlaşdılar. Nə danışdıqlarını eşitmədim. Mən həmin vaxt müştəriyə xidmət edirdim. Qayıdanda aləmin bir-birinə qarışdığını gördüm, Cavidan dalaşanları aralamağa çalışırdı. Adil qışqırırdı ki, niyə Natiqə bıçaq çıxardıblar. Nə oldu bilmədim, ancaq qarışıqlıqda onu eşitdim ki, kimsə "Vurdular, qaçın", deyib bağırmağa başladı. Adili Sabunçu xəstəxanasına apardıq, vəziyyəti elə ağır idi ki, onu ora qəbul eləmədilər. Obyektin yaxınlığında yaşlı, qoca bir qadın olurdu, elə oralarda yatıb-dururdu. O sonralar danışırdı ki, çıxıb Adili çölə çağırıblar. O da çıxıb, deyib ki, kimin nə sözü var, gəlsin. Bundan sonra hamısı Adili təkləyib vurublar".

Növbəti proses avqustun 24-ü 16:00-a təyin olunub.

Xatırladaq ki, 2025-ci il iyunun 18-də Mərdəkan çimərliyində kütləvi dava zamanı Süleymanov Mətləb tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirmişdir. Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanmış, Süleymanov Mətləb Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunmuş, hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə  barələrində həbs olmayan qətimkan tədbiri seçilib.

Hadisələr məhkəmə

Mənbə: lent.az

Xəbər lenti