IMG-LOGO

AMB: Bu il Azərbaycanda əhalinin əmanətlərinin dollarlaşma səviyyəsi təxminən 3 faiz bəndi azalıb

03 Aug 2026 20:09 3 baxış
IMG

Bu ilin iyulun 1-nə Azərbaycan banklarında əhalinin xarici valyutada olan əmanətləri illik müqayisədə 0,29 % azalaraq 4,978 milyard manata çatıb.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, fiziki şəxslərin əmanətlərinin ümumi həcmində onların xüsusi çəkisi 27,93 %, bir il əvvəl 32,34 %, cari ilin əvvəlində 30,82 % təşkil edib.

Beləliklə, bu ilin əvvəlindən xarici valyutada əmanətlərin həcmi 2,89 faiz bəndi azalıb.

Əhalinin bank əmanətlərinin (fərdi sahibkarların vəsaitləri də daxil olmaqla) ümumi həcmi iyulun 1-nə illik ifadədə 15,46 %, ilin əvvəlindən isə 6,27 % artaraq 17,823 milyard manata çatıb.

Milli valyutada əmanətlərin həcmi il ərzində 15,77 %, ilin əvvəlindən isə 10,71 % artaraq 12,845 milyard manat təşkil edib ki, bu da bütün əmanətlərin 72,06 %-nə bərabərdir.

Hesabat dövründə rezidentlərin əmanətləri 16,347 milyard manata, qeyri-rezidentlərin əmanətləri isə 1,476 milyard manata çatıb. İl ərzində rezidentlərin əmanətləri 16,24 %, qeyri-rezidentlərin əmanətləri isə 7,44 % artıb. İlin əvvəli ilə müqayisədə rezidentlərin əmanətləri üzrə artım 6,99 %, qeyri-rezidentlərin əmanətləri üzrə azalma 1,13 % təşkil edib.

Azərbaycan banklarında əmanətlərin və depozitlərin ümumi həcmi 2026-cı il iyulun 1-nə 44,155 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 %, cari ilin əvvəli ilə müqayisədə isə 5,82 % çoxdur.

Mənbə: report.az

Xəbər lenti