IMG-LOGO

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb

03 Aug 2026 21:26 5 baxış
IMG

Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının püşkü atılıb.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, yarış avqustun 4-8-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq.

Əsas mərhələnin oyunları avqustun 4-5-də keçiriləcək. Bu mərhələdə günün ilk qarşılaşmaları saat 09:00-da, son oyunları isə saat 17:00-da başlayacaq.

Avqustun 6-da üçüncü yer uğrunda görüşlər, avqustun 8-də isə final qarşılaşmaları baş tutacaq.

Qeyd edək ki, ölkə çempionu olacaq komandalar 2026-cı ildə təşkil ediləcək klublararası çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

Mənbə: report.az

Xəbər lenti