IMG-LOGO

Azərbaycanlı məktəblilər dünya çempionatında ilk onluğa düşüblər

03 Aug 2026 22:11 4 baxış
IMG

ABŞ-nin Kaliforniya ştatının Anahaym şəhərində keçirilən "Microsoft Office Specialist (MOS) World Championship" müsabiqəsinin qlobal final mərhələsində Azərbaycan komandası uğurlu nəticə göstərib.

"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Məlumata görə, 42 ölkədən 300-dən çox iştirakçının mübarizə apardığı yarışda Hüseyn Şükürov 6-cı, Nəzrin Miriyeva isə 9-cu yeri tutub.

Qeyd edək ki, "Microsoft Office Specialist (MOS) World Championship" dünyanın müxtəlif ölkələrindən şagird və tələbələrin Microsoft Office proqramlarından istifadə bacarıqlarının qiymətləndirildiyi beynəlxalq müsabiqədir.

Mənbə: report.az

Xəbər lenti