İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüb.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Dünən İMQ Deyr əl-Bəlah ərazisində HƏMAS-ın xüsusi təyinatlı "Nuxba" bölməsinin komandiri, oktyabrın 7-də İsrailə hücumda iştirak etmiş Abdulla Adnan Taha Əbu əl-Tayefi öldürüb. Şati ərazisindəki ayrı bir əməliyyat zamanı HƏMAS-ın "Dərəc Tuffa" batalyonunun komandiri Cəlal Sabih zərərsizləşdirilib", - məlumatda qeyd olunur.
İsrail hərbçilərinin məlumatına görə, son vaxtlar yaraqlılar İMQ və İsrailin mülki şəxslərinə qarşı terror aktları həyata keçirməyə cəhd ediblər.
Mənbə: report.az