IMG-LOGO

Kassis: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır

04 Aug 2026 00:11 6 baxış
IMG

Azərbaycanın coğrafi mövqeyi ona Şərqlə Qərb arasında körpü rolunu oynamağa kömək edir.

"Report" xəbər verir ki, bunu İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis AZƏRTAC-a eksklüziv müsahibə zamanı deyib.

"İsveçrə Orta Dəhlizin inkişafında maraqlıdır, çünki etibarlı və şaxələndirilmiş ticarət yolları açıq və dayanıqlı qlobal iqtisadiyyat üçün çox əhəmiyyət kəsb edir. Logistika, infrastruktur və rəqəmsallaşdırma kimi sahələrdə əməkdaşlıq üçün potensial görürük", - İ. Kassis bildirib.

Onun sözlərinə görə, Cenevrədə yerləşən "Mediterranean Shipping Company" (MSC) tərəfindən ötən il Bakıda nümayəndəliyin açılması, Azərbaycanın regional nəqliyyat mərkəzi kimi roluna artan marağın bariz nümunəsidir.

Mənbə: report.az

Xəbər lenti