IMG-LOGO

Böyük Britaniyanın Baş naziri təyinatından iki həftə sonra məzuniyyətə çıxıb

04 Aug 2026 05:04 4 baxış
IMG

Böyük Britaniyanın Baş naziri Endi Börnhem vəzifəsinin icrasına başladıqdan iki həftədən bir az çox vaxt keçdikdən sonra xaricə məzuniyyətə gedib və bu, ölkədə miqrasiya vəziyyəti ilə bağlı davam edən mübahisələr fonunda müxalifətin tənqidinə səbəb olub.

"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, Kir Starmerin istefasından sonra bu il iyulun 20-dən hökumətə rəhbərlik edən Börnhem avqustun əvvəlində xaricə yola düşüb.

Baş nazirin nümayəndələri bildiriblər ki, hökumət öz işini adi rejimdə davam etdirir, Börnhem isə məmurlarla əlaqədə qalır və işgüzar görüşləri distant formatda keçirir.

Eyni zamanda, Nazirlər Kabineti rəhbərinin səfəri müxalifət tərəfindən tənqid edilib. Xüsusilə, "Reform UK" partiyasının sədri Li Anderson bildirib ki, baş nazir ölkədə qeyri-qanuni miqrasiya və kiçik qayıqlarla La-Manşın keçilməsi ətrafında gərgin vəziyyətin davam etdiyi bir dövrdə istirahətə yollanıb.

Börnhemin tərəfdarları qeyd edirlər ki, avqust ayında qısamüddətli məzuniyyət Britaniyanın baş nazirləri üçün adi praktikadır, çünki bu dövrdə parlament yay tətilinə çıxır.

Mənbə: report.az

Xəbər lenti