IMG-LOGO

Koretski: Ukraynanın enerji sektoru əlavə 650 milyon avroya ehtiyac duyur

04 Aug 2026 04:14 4 baxış
IMG

Qış ərəfəsində Ukraynanın enerji sektorunun təmin olunmamış tələbatı təxminən 650 milyon avro təşkil edir.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə səfirlərlə keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, Ukraynanın Energetikaya Dəstək Fondu artıq 2 milyard avrodan çox vəsait toplayıb, lakin qış mövsümünə hazırlıq üçün əlavə dəstəyə ehtiyac var.

"Növbəti qış ərəfəsində sahənin təmin olunmamış tələbatı təxminən 650 milyon avro təşkil edir. Bu qış obyektiv olaraq çətin olacaq", – Koretski deyib.

Koretski həmçinin qeyd edib ki, Ukrayna köhnəlmiş sovet enerji infrastrukturunu bərpa etmək əvəzinə müasir paylanmış generasiya yaratmaq üçün tərəfdaşların köməyindən istifadə etmək niyyətindədir.

Mənbə: report.az

Xəbər lenti