Oman sahillərində yük gəmisinə naməlum mərmi dəyib.
"Report" Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir ki, hadisə Əl-Xəsəb şəhərinin şimal-şərqində qeydə alınıb.
"UKMTO Omanın Xəsəb şəhərindən 20 dəniz mili (təxminən 37 km) şimal-şərqdə baş vermiş hadisə barədə məlumat alıb. Yük gəmisinə naməlum mərminin dəydiyini bildirib", - məlumatda qeyd olunur.
Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
Mənbə: report.az