IMG-LOGO

ATƏT-in sədri Cənubi Qafqazda sülhü dəstəkləyir

04 Aug 2026 07:18 4 baxış
IMG

İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis Azərbaycanda səfərdədir.

"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Azerbaycana ilk rəsmi səfərimi həyata keçirməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir", - o yazıb.

İ. Kassis ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı irəli aparmaqla yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəflədiyini vurğulayıb:

"Bu səfər daha geniş regional təmasların başlanğıcı olacaq".

Xatırladaq ki, Kassis Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu qabardıb.

Mənbə: report.az

Xəbər lenti