IMG-LOGO

Yaponiyanın Müdafiə Nazirliyi: Avropa və Asiyanın təhlükəsizliyi qarşılıqlı əlaqəlidir

04 Aug 2026 08:28 4 baxış
IMG

Yaponiya Avropada vəziyyətin inkişafını diqqətlə izləmək niyyətində olduğunu bildirərək, bu qitə ilə Asiyanın təhlükəsizliyinin qarşılıqlı əlaqəli olduğunu vurğulayıb.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş illik "Ağ kitab" məruzəsində bildirilib.

Sənəddə qeyd olunur ki, Tokio ABŞ-nin müttəfiqi və NATO ölkələrinin tərəfdaşı olaraq Avropadakı vəziyyətdə baş verən dəyişiklikləri və onların strateji nəticələrini diqqətlə izləməlidir.

"Yaponiya NATO-ya daxil olan ABŞ-nin müttəfiqi və Avrasiya qitəsinin əks tərəfində yerləşən bir ölkə olaraq qəbul etməlidir ki, Avropa və Hind-Sakit okean regionunun təhlükəsizliyi bir-biri ilə qırılmaz şəkildə bağlıdır", - qurumun ekspertləri qeyd ediblər.

Bundan əlavə, məruzədə ilk dəfə olaraq müharibənin müasir aparılma üsullarına həsr olunmuş bölmə yer alıb. Orada həm bahalı hərbi texnika və infrastruktur obyektlərinin məhv edilməsi, həm də irimiqyaslı əlaqələndirilmiş hücumların həyata keçirilməsi üçün pilotsuz uçuş aparatlarının (PUA) fəal istifadəsi daxil olmaqla, Ukraynadakı münaqişənin təcrübəsi təhlil edilib. Sənəddə həmçinin vurğulanıb ki, süni intellektin və müasir rabitə vasitələrinin tətbiqi qərar qəbuletmə prosesini sürətləndirməyə imkan verib.

Mənbə: report.az

Xəbər lenti