IMG-LOGO

İzmirdə bələdiyyə sədri daxil olmaqla 21 nəfər saxlanılıb

04 Aug 2026 10:58 2 baxış
IMG

Türkiyənin İzmir əyalətinin Menderes bələdiyyəsində korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri İlkay Çiçek də daxil olmaqla 21 nəfər saxlanılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İzmir əyaləti Prokurorluğu bildirib.

Məlumata görə, onlar mənfəət əldə etmək məqsədi ilə tikiliyə icazə verməkdə, rəsmi sənədlərin saxtalaşdırılmasında, rüşvət almaqda, vəzifədən sui-istifadə etməkdə və başqa cinayətləri mütəşəkkil şəkildə törətməkdə ittiham olunurlar.

Mənbə: report.az

Xəbər lenti