IMG-LOGO

Gelencikə PUA hücumu nəticəsində xəsarət alanların sayı 58-ə çatıb

04 Aug 2026 10:53 2 baxış
IMG

Arxipo-Osipovkaya PUA hücumu zamanı xəsarət alanların sayı 58-ə çatıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kubanın operativ qərargahı məlumat yayıb.

"Arxipo-Osipovkada PUA hücumu zamanı xəsarət alanların sayı artaraq 58-ə çatıb. 21 nəfər xəstəxanaya yerləşdirilib", - deyə məlumatda bildirilib.

Aralarında 9-u uşaq olmaqla daha 37 nəfər ambulator müalicə alıb.

Avqustun 3-ü qubernator Veniamin Kondratyev bildirib ki, Gelencikin Arxipo-Osipovka kəndində pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, onların arasında 3 uşaq var.

Mənbə: report.az

Xəbər lenti