Krım yarımadasının Sevastopol şəhərinin Xmelnitskoye kəndində (Ukraynanın müvəqqəti işğal olunmuş ərazisi) hərbçi xidmət yoldaşlarına atəş açıb, nəticədə bir hərbçi ölüb, digəri isə xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə regionun "rəhbəri" Mixail Razvojayev məlumat verib.
Onun sözlərinə görə, daha sonra cinayətkar kəndin üç yaşlı sakinini güllələyib və daha üç nəfəri yaralayıb: "Üç dinc sakini öldürüb, 71 və 59 yaşlı iki kişini və 64 yaşlı qadını".
Hərbçi saxlanılıb. Hadisə yerində operativ xidmətlər işləyir. Digər təfərrüatlar açıqlanmayıb.
Mənbə: report.az