IMG-LOGO

DİM: 1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb

04 Aug 2026 12:00 5 baxış
IMG

2026/2027-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecində "Müalicə masajı" ixtisasına gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan orqanizmin funksiyalarının 81-100 və 61-80 faiz pozulmasına görə gözdən əlilliyi (1-ci və 2-ci dərəcəli gözdən əlil) müəyyən edilmiş abituriyentlər aşağıda göstərilən sənədləri 2026-cı il avqustun 5-dən 14-dək (saat 17:00-dək) DİM-ə və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər.

Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50‑dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Mənbə: report.az

Xəbər lenti